Beynəlxalq əməkdaşlıq

Page Image

UNEC-in beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığını, beynəlxalq təhsil proqramlarında iştirakını, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir. Universitet dünyanın müxtəlif ölkələrindəki ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. UNEC hazırda 30-dan çox ölkənin 100-dən artıq universiteti ilə tərəfdaşlıq münasibətlərinə malikdir. Bu əməkdaşlıqlar mübadilə proqramları, birgə elmi tədqiqatlar və layihələri əhatə edir. 

 

UNEC Erasmus+, Mevlana və digər beynəlxalq proqramlarda fəal iştirak edir. Tələbələr və müəllimlər üçün akademik mübadilə imkanları yaradılır. Universitetdə bir neçə ixtisas üzrə ingilis və rus dillərində təhsil verilir. UNEC-in beynəlxalq ikili diplom proqramları da mövcuddur. ABŞ, Fransa, Almaniya, Rusiya və Türkiyə kimi ölkələrlə sıx əməkdaşlıq qurulub. 

Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. UNEC müxtəlif beynəlxalq konfrans və forumlarda təmsil olunur. 

Beynəlxalq reytinqlərdə yer almaq üçün universitet daim fəaliyyətini təkmilləşdirir. Xarici tələbələrin sayı ildən-ilə artır. UNEC beynəlxalq təhsil sahəsində rəqabət qabiliyyətli bir universitetə çevrilməkdədir. Beynəlxalq əlaqələr universitetin qlobal nüfuzunun güclənməsinə töhfə verir.

UNEC dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarının yaradılmasına xüsusi əhəmiyyət verir. Universitetimizin beynəlxalq əlaqələrində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. 

UNEC Dünya Bankı, ÜTT, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

UNEC-in beynəlxalq əməkdaşlıq strategiyası qlobal trendlərə uyğun olaraq inkişaf etdirilir. Bu əlaqələr tələbələrə beynəlxalq təcrübə qazanmaq imkanı yaradır.

UNEC-də həyata keçirilən beynəlxalq mübadilə proqramları tədris prosesinin təkmilləşdirilməsi və professor-müəllim heyətinin qabaqcıl xarici universitetlərin müsbət təcrübəsindən faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir.

UNEC dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarının yaradılmasına xüsusi əhəmiyyət verir. Universitetimizin beynəlxalq əlaqələrində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. 

UNEC Dünya Bankı, ÜTT, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Mevlana mübadilə proqramı

Bu proqram çərçivəsində UNEC hazırda Türkiyənin 51 universiteti ilə əməkdaşlıq həyata keçirir

Non-erasmus proqramı

Fransanın Montpellier Universiteti
Almaniyanın Siegen Universiteti
Litvanın Mikolos Romeris Universiteti
Türkiyənin Beykent Unversiteti 
Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbi

Tərəfdaş universitetlərimiz

Akdeniz Universiteti
Atatürk Universiteti
Beykent Universiteti
Gazi Universiteti
Hacettepe Universiteti
İstanbul Universiteti
Sakarya Universiteti

الشركاء