Rəqəmsal UNEC

Bir Pəncərə sistemi

.




UNEC-də 2019-cu ildən “Bir Pəncərə” xidməti fəaliyyətə başlayıb. Məqsəd tələbələrin vahid mərkəzə müraciət edərək, tələb olunan təhsil sənədlərini əldə edə bilməsidir. Bu sistem vasitəsilə tələbə, təhsil arayışının hazırlanması üçün şəxsi kabinetindən 7/24 xidmətə müraciət edə bilir.

Bir pəncərə xidməti tərəfindən tələbələrə akademik transkript, təhsil, təhsil haqqı, məzun arayışları və digər təhsil sənədlərinin təsdiqlənmiş surəti verilir. Hazırlanmış sənəd imza və möhürlə təsdiq olunaraq, QR kodla PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir.
Əlaqə: +994 (012) 492-59-03 (1010)

Tələbə kabineti

Tələbələr şəxsi kabinetə daxil olaraq, dərs cədvəlləri, tədris materialları, imtahan nəticələri və s. ilə tanış ola bilərlər.

card image

Müəllim kabineti

Müəllimlər kabinetə daxil olaraq, dərs materiallarını yükləyir, dərsə davamiyyəti yoxlayır, tələbələri qiymətləndirirlər.

card image

EDUMAN sistemi


UNEC-də tətbiq edilən EDUMAN Sistemi tədris prosesinin rəqəmsallaşdırılması və səmərəliliyinin artırılması məqsədi daşıyır. Sadə və funksional iş prinsipi ilə seçilən sistem universitetin əsas tədris məlumatlarını vahid platformada birləşdirir.

*

EDUMAN sistemi vasitəsilə tədris prosesinin bütün əsas mərhələlərinə operativ şəkildə nəzarət etmək mümkündür. Sistem istifadəçilərə dərs cədvəllərini vaxtında izləmək, fənlər üzrə formalaşdırılmış qruplar haqqında dolğun məlumat əldə etmək imkanı yaradır.

Elektron Sənəd Dövriyyəsi Sistemi


2015-ci ilin mayından reallaşdırılan Elektron Sənəd Dövriyyəsi, sənədlərin kağızdan rəqəmsal mühitə keçirilməsi ilə idarəetmədə operativliyi, şəffaflığı və nəzarəti gücləndirir. Bütün kargüzarlıq proseslərinin – sənədin hazırlanması, razılaşdırılması, 



yönləndirilməsi və arxivləşdirilməsinin – elektron formada aparılması resurslara qənaət edir, vaxt itkisinin qarşısını alır və iş proseslərini daha səmərəli təşkil edir.

Hibrid auditoriyalar 


UNEC tədris prosesində innovativ yanaşmalar tətbiq edərək hibrid auditoriyalar qurmuşdur. Bu auditoriyalar tələbələrə həm ənənəvi, həm də onlayn formada dərslərdə iştirak imkanı yaradır, beləliklə, təhsilin çevikliyini və əlçatanlığını artırır. 



Hibrid auditoriyalar tələbələrin fərdi təhsil trayektoriyalarını formalaşdırmağa və tədris prosesində interaktivliyi artırmağa xidmət edir. UNEC-də 200-dən çox hibrid auditoriya fəaliyyət göstərir və bu sayın artırılması istiqamətində işlər davam etdirilir.

Rəqəmsal Təhsil Mərkəzi (UNEC Extern) 



UNEC Extern Mərkəzi regional və beynəlxalq səviyyədə rəqəmsal təhsil innovasiyaları sahəsində aparıcı mərkəzə çevrilməyi hədəfləyir. Mərkəz rəqəmsal texnologiyalar, süni intellekt, LMS və onlayn təhsil sistemlərinin inteqrasiyası vasitəsilə tədrisin keyfiyyətini artırmaq, regionda “Rəqəmsal Universitet” modelinin nümunəsinə çevirmək məqsədi daşıyır.
*
UNEC Extern Mərkəzinin missiyası rəqəmsal texnologiyalardan səmərəli istifadə etməklə tədris prosesini müasir tələblərə uyğunlaşdırmaq, distant və hibrid təhsil modellərini inkişaf etdirmək, tədrisin fasiləsizliyini təmin edən innovativ rəqəmsal mühit yaratmaqdır. Mərkəz həm tələbələr, həm də müəllimlər üçün çevik, əlçatan və təhlükəsiz elektron tədris ekosistemi formalaşdırmaqla UNEC-in elektron universitet modelinə keçidini dəstəkləyir.