UNEC Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Tədiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 12 may 2023-cü il tarixli iclasının 187 №-li Qərarı və UNEC rektorunun 14 iyul 2023-cü il tarixli 521/3/2023 №-li əmrinə əsasən yaradılıb.
Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Tədqiqat Mərkəzinin əsas
məqsədi, xüsusilə inkişaf etməkdə olan ölkələrdə və keçid dövründə olan iqtisadiyyatlarda kiçik və orta sahibkarlıq subyektlərinin beynəlxalq ticarətə çıxışını asanlaşdırmaq və onların rəqabət qabiliyyətini artırmaqdır.
Əsas məqsədlər:
1. İxrac potensialının gücləndirilməsi
Kiçik və orta müəssisələrin (KOM-ların) ixrac imkanlarını artırmaq üçün onlara dəstək göstərmək.
2. Beynəlxalq ticarətə çıxışı təşviq etmək
Sahibkarlara və dövlət qurumlarına texniki yardım göstərərək onların beynəlxalq bazarlara inteqrasiyasını asanlaşdırmaq.
3. Ticarət imkanları barədə məlumatlandırma
Ticarət axınları, bazar imkanları və ixrac prosedurları barədə məlumat təqdim
etməklə ölkələrin və şirkətlərin qərarvermə qabiliyyətini artırmaq.
4. Siyasi tövsiyələr və araşdırmalar
Ticarət siyasəti sahəsində analitik araşdırmalar və siyasət tövsiyələri hazırlamaq.
5. Dayanıqlı və inklüziv inkişafın dəstəklənməsi
Ticarət vasitəsilə yoxsulluğun azaldılması, qadın sahibkarlığının və gənclərin iş imkanlarının artırılması.
i.e.d., professor
Azərbaycan Texnologiya Universitetinin rektorunun Elm və xarici əlaqələr üzrə müşaviri, i.e.d. prof.
ADA Universiteti Biznes Məktəbinin İqtisadiyyat üzrə müəllimi; Fransanın Southern Brittany Universitetinin doktorantı (Vannes/Fransa)