UNEC Journal of Economics and Management Advances (UNEC JEMA) jurnalı məqalə qəbulu elan edir

  • 15 yanvar 2026
UNEC Journal of Economics and Management Advances (UNEC JEMA) 2026-cı il iyun ayı üçün rəyli, elmi-praktik jurnal olaraq iqtisadiyyat və menecment sahələrində nəzəri və tətbiqi səviyyədə orijinal tədqiqat məqalələrini, ən son elmi baxışları və qısa elmi kommunikasiyaları qəbul edir.

UNEC Journal of Economics and Management Advances (UNEC JEMA) 2026-cı il iyun ayı üçün rəyli, elmi-praktik jurnal olaraq iqtisadiyyat və menecment sahələrində nəzəri və tətbiqi səviyyədə orijinal tədqiqat məqalələrini, ən son elmi baxışları və qısa elmi kommunikasiyaları qəbul edir.

Mövzu sahələri:

  • İqtisadiyyat
  • Ekonometriya və Statistika
  • Maliyyə
  • Menecment

Bu xüsusi buraxılış UNEC-in elmdəki mövqeyini əks etdirən innovativ tədqiqatları təqdim etməyi hədəfləyir.

Əsas tarixlər:

Məqalə qəbulu üçün son tarix: 10 Aprel, 2026 

Nəşr dövriliyi: İldə iki dəfə (yarımillik)

Məqalələr üçün tələblər:

  • Məqalələr yalnız ingilis dilində və Microsoft Word formatında qəbul olunur;
  • Maksimum uzunluq: 30 səhifə (haşiyə və istinadlar istisna olmaqla);
  • Əsas bölmələr:
  • Başlıq səhifəsi;
  • Strukturlu xülasə (150–300 söz): giriş, əsas hissə, nəticə;
  • Açar sözlər: 4-6 söz;
  • Cədvəl və şəkillər: mətndə yerləşdirilmiş və nömrələnmiş;
  • Aydın nəticələr bölməsi;
  • İstifadə olunan ixtisarların siyahısı.

Qəbul meyarları:

Məqalə orijinal və başqa yerdə dərc olunmamış olmalıdır. Ən azı 70% istinadlar son 5 ilə aid olmalı və yalnız ingilis dilində olmalıdır. Bütün müəlliflər ORCID ID-lərini təqdim etməlidir: https://orcid.org/register

Müəlliflərin e-poçt ünvanları və ORCID-ləri təqdim edilməlidir.

Əlaqələndirici müəllifin tam əlaqə məlumatları qeyd olunmalıdır.

Ətraflı məlumat üçün jurnalın səhifəsinə keçid edə bilərsiniz: https://journals.unec.edu.az/jema/about

Məqalələrin göndərilməsi üçün e-poçt ünvanı: unecjema@unec.edu.az