UNEC kollektivi universitetin rektoru olmuş Şamli Əliyevin məzarını ziyarət edib

  • 17 dekabr 2025
  • 28

UNEC kollektivi keçmişinə sahib çıxmaq ənənəsini davam etdirərək 1955–1959-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (o dövrdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu) rektoru olmuş Şamil Əliyevin məzarını ailə üzvləri ilə birlikdə ziyarət edib.

UNEC rektoru, professor Ədalət Muradov və universitetin kollektivi Şamil Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar.