UNEC Voleybol komandası Yüksək Liqada növbəti qələbəsini qazandı!

  • 20 noyabr 2025
  • 397

Azərbaycan Yüksək Liqasında qadın voleybolçular arasında III turun oyunu keçirilib. 

UNEC Voleybol komandası “Azərreyl” üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Görüş UNEC-in idman zalında baş tutub.

Turun oyunlarına noyabrın 21-də yekun vurulacaq.