C. A. Mirrlis

C. A. Mirrlis

Sir James Alexander Mirrlees (5 iyul 1936-cı il, Minnigaff, Şotlandiya — 29 avqust 2018-ci il, Kembric, İngiltərə) — britaniyalı iqtisadçı, neokeynsçi məktəbin nümayəndəsi, 1996-cı ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı olub. O, bu mükafata “məlumat asimmetriyası sahəsində apardığı tədqiqatlara görə” layiq görülmüşdür.

1957-ci ildə Edinburq Universitetini riyaziyyat üzrə magistr dərəcəsi ilə bitirmiş, 1963-cü ildə Kembric Universitetində fəlsəfə doktoru (PhD) dərəcəsini almışdır. Kembric və Oksford universitetlərində dərs demişdir. Mirrlees 1982-ci ildə İqtisadçıların Ekonometrika Cəmiyyətinin, 1988–1989-cu illərdə isə Beynəlxalq Atlantik İqtisadiyyat Cəmiyyətinin prezidenti olmuşdur.

1971-ci ildə Peter Diamond ilə birlikdə “Diamond–Mirrlees effektivlik teoremi”ni formalaşdırmışdır. Bu teoremin əsas məğzinə görə, istehsalın səmərəliliyinə zərər vermədən vergi gəlirlərinin maksimum səviyyəsinə, aralıq mallar və idxal üzərinə dolayı vergilər tətbiq edilmədiyi halda nail olmaq mümkündür.

2016-cı ildə Mirrlees Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və dünya hökumətlərini genetik modifikasiya olunmuş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran açıq məktubu imzalamışdır.