Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK), Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Prof. Dr. Turan YAZGAN tərəfindən 1992-ci ildə Bakıda Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun tərkibində yaradılmışdır. Fakültə 2001-ci ildən AR Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdinə keçirilmiş və Türk Dünyası İqtisad fakültəsi kimi fəaliyyətini davam etdirir. Fakültədə təhsil Türkiyə türkcəsindədir. Fakültənin Türkiyə Respublikasında ekvivalentliyi vardır və bu Türkiyədə təhsilini davam etdirmək istəyən tələbələr üçün həm mübadilə proqramları, həm də akademik karyera baxımından geniş imkanlar yaradır.
Fakültənin ali məqsədi fakültədə olan istiqamətlər üzrə beynəlxalq standartlara cavab verən ixtisaslaşmış kadr hazırlamaqdır. Bundan əlavə, Türkiyədə təhsil dilinin türk dilində olması Türkiyədən olan elm adamlarının təlim-tədris prosesində iştirakına şərait yaradır. TÜDİFAK tələbələrinə 4 illik bakalavr təhsillərinin sonunda diplomla birlikdə Türk Dünyası Araşdırmaları Vəqfi adından fakültə dekanı və UNEC rektoru tərəfindən imzalanmış Türkiyə türkcəsində “Məzuniyyət Belgesi” verilir.
Fakültəyə qəbul DİM-in Azərbaycan vətəndaşları üçün keçirdiyi ali məkətblərə qəbul imtahanı ilə həyata keçirilir. Türkiyə Respublikası vətəndaşları isə Türk Dünyası Araşdırmaları Vəqfinin tövsiyəsi ilə orta məktəb məzunu olmaq şərti ilə müraciət edə bilərlər.
*
Fakültə nəzdində olan kafedra: 
"İqtisadiyyat və işlətmə"