Türk Dünyası İqtisad Fakültəsi

Fakültə haqqında

Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK), Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Prof. Dr. Turan YAZGAN tərəfindən 1992-ci ildə Bakıda Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun tərkibində yaradılmışdır. Fakültə 2001-ci ildən AR Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdinə keçirilmiş və Türk Dünyası İqtisad fakültəsi kimi fəaliyyətini davam  etdirir. Fakültədə təhsil Türkiyə türkcəsindədir. Fakültənin Türkiyə Respublikasında ekvivalentliyi vardır və bu Türkiyədə təhsilini davam etdirmək istəyən tələbələr üçün həm mübadilə proqramları, həm də akademik karyera baxımından geniş imkanlar yaradır. 
*

Fakültənin ali məqsədi fakültədə olan istiqamətlər üzrə beynəlxalq standartlara cavab verən ixtisaslaşmış kadr hazırlamaqdır. Bundan əlavə, Türkiyədə təhsil dilinin türk dilində olması Türkiyədən olan elm adamlarının təlim-tədris prosesində iştirakına şərait yaradır. TÜDİFAK tələbələrinə 4 illik bakalavr təhsillərinin sonunda diplomla birlikdə Türk Dünyası Araşdırmaları Vəqfi adından fakültə dekanı və UNEC rektoru tərəfindən imzalanmış Türkiyə türkcəsində “Məzuniyyət Belgesi” verilir. 
*

Fakültəyə qəbul DİM-in Azərbaycan vətəndaşları üçün keçirdiyi ali məkətblərə qəbul imtahanı ilə həyata keçirilir. Türkiyə Respublikası vətəndaşları isə Türk Dünyası Araşdırmaları Vəqfinin tövsiyəsi ilə orta məktəb məzunu olmaq şərti ilə müraciət edə bilərlər. 

0

Fakültə üzrə tələbə sayı

0

Fakültə üzrə maksimum qəbul balı

0

2025-də fakültəyə qəbul olunan tələbə sayı

0

Akademik heyət

Fakültə xəbərləri

Türk Dünyası İqtisad fakültəsində zərərli vərdişlərə qarşı tədbir keçirilib
15 aprel 2026
Türk Dünyası İqtisad fakültəsində zərərli vərdişlərə qarşı tədbir keçirilib

Türk Dünyası İqtisad Fakültəsində rəqəmsal inkişaf və su ehtiyatlarından səmərəli istifadəyə həsr olunmuş seminar keçirilib
18 mart 2026
Türk Dünyası İqtisad Fakültəsində rəqəmsal inkişaf və su ehtiyatlarından səmərəli istifadəyə həsr olunmuş seminar keçirilib

UNEC-də “Sənət həftəsi” tədbir-sərgisi keçirilib
12 mart 2026
UNEC-də “Sənət həftəsi” tədbir-sərgisi keçirilib

Əlaqə

Həsən Əliyev 135, II tədris binası

Telefon

+(994) 012 564 67 36

E-mail

y.aliyev@unec.edu.az, aliyev.yusif@gmail.com