İlduzə Əlizadə-Abdullayeva  Elşən

İlduzə Əlizadə-Abdullayeva Elşən

icraçı assistent

Ссылка Avesis
+994 (012) 564-26-74
1 may 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2014-cü ildə Bakı şəhəri Nərimanov rayonu 207 saylı tam orta məktəbi bitirmiş və həmin il Azərbaycan Turizm və Menecment Universitetində turizm və otelçilik ixtisası üzrə bakalavr təhsilinə başlamışdır. 2018-ci ildə bakalavr təhsilini bitirmişdir. Bakalavr təhsilini “Fransada qastronomik turizmin hazırkı vəziyyəti və inkişaf xüsusiyyətləri” mövzusunda yazdığı diplom işi ilə tamamlamışdır. 2024-cü ildə Turizm və Menecment universitetndə Beynəlxalq turizm və ölkəşünaslıq ixtisası üzrə magistr təhsili almağa başlamışdır.

Əmək fəaliyyətinə 2017-ci ildə “Millennium Tourism LCC, Congress DMC” şirkətində gəlmə turizm üzrə koordinator olaraq başlamışdır.

2018-ci ildə “Nettravel Tourism and Business” şirkətində gəlmə turizm üzrə assistent menecer vəzifəsində fəaliyyət göstərmişdir.

2019-cu ildə “Travelans Tourism” şirkətində gəlmə turizm və tədbirlərin təşkili üzrə menecer kimi çalışaraq, konfranslar, gala gecələri və qrup turlarının təşkili sahəsində fəaliyyət göstərmişdir.

2023-cü ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində icraçı assistent kimi fəaliyyətə başlamışdır.

Elmi məqalələri:

●       “UNTWO training policies in tourism”

●       “The problem of personnel in the tourism sector in Azerbaijan and its solutions”

●       “Tourist routes in Republic of Azerbaijan”

Hazırda İlduzə Əlizadə-Abdullayeva magistr səviyyəsində “The UNTWO policy of training qualified personnel in the field of tourism” mövzusunda dissertasiya işi üzərində elmi-tədqiqat aparır.