İradə Həsənova Çingiz

İradə Həsənova Çingiz

“Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimi

Ссылка Avesis
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris binası)
+(994) 12 564 26 74
7 mart 1967-ci ildə Gəncə şəhərində anadan olub.
1984-cü ildə M.F.Axundov adına  Azərbaycan  Pedaqojı Rus Dili və Ədəbiyyatı  İnstitutuna (indiki Bakı Slavyan Universiteti) qəbul olunub, 1989-cu ildə həmin institutu  fərqlənmə  diplomu ilə bitirib.
1989-2001-ci illərdə Bakı  şəhəri 267 №-li  məktəbdə Rus dili və ədəbiyyatı  müəllimi vəzifəsində işləyib.
2001-2004-cü illərdə Azərbaycan  Dövlət İqtisad Universitetinin «Dillər» kafedrasında müəllim vəzifəsində çalışıb.
2003-cü ildə Azərbaycan  Dövlət İqtisad Universitetinin «Dillər» kafedrasında baş müəllim vəzifəsinə keçib.  
2005-ci ildən Azərbaycan  Dövlət İqtisad Universitetinin «Rus dili» kafedrasında baş müəllim vəzifəsində  çalışıb.
Hazırda UNEC-in “Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimidir.
2012-ci ildə AMEA  Folklor İnstitutunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2 dərs vəsaiti  və 59 məqalə  müəllifidir. 

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

 Ailəlidir, iki övladı var.