Ekonofizika Tədqiqat Mərkəzi

Ekonofizika Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının 28 fevral 2019-cu il tarixli iclasının 164 №-li Qərarı və UNEC rektorunun 14 mart 2019-cu il tarixli 152/3/2019 №-li əmrinə əsasən yaradılıb.


UNEC rektorunun 13 may 2019-cu il tarixli 315/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik professor, Əməkdar Elm Xadimi Əsgərov Şahlar Qaçay oğluna həvalə edilmişdir.

Ekonofizika Tədqiqat Mərkəzi iqtisadi və sosial-iqtisadi tədqiqatların aparılmasını və elmi tədqiqat işlərində empirik metodlardan istifadə olunmasını təşviq edir, professor-müəllim heyətinə və tələbələrə keyfiyyətli elmi tədqiqatların aparılması və beynəlxalq bazalara çıxış imkanları ilə bağlı dəstək olur, yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat layihələrini həyata keçirir.

VƏZİFƏLƏRİMİZ:

Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;
Mərkəzin iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;
Mərkəz tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək.

Mərkəzin üzvləri:

Bize ulaşın

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

(+994) 012-492-57-31

E-posta

eftmerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri