Karyera Mərkəzi

Mərkəz UNEC-in tələbə və məzunları üçün iş axtarışı, karyera sərgisi və məsləhətləri, təcrübə proqramları kimi karyera dəstəyi göstərir.

UNEC Karyera Mərkəzi 2008-ci ilin 26 noyabr tarixində yaradılıb. Karyera Mərkəzi təhsilalanların və məzunların karyera inkişafına və məşğulluqlarının tənzimlənməsinə dəstək göstərir. Mərkəz UNEC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir. Karyera Mərkəzinin vəzifəsi tələbələri peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək 
*
Karyera Mərkəzinin strukturu:

   

olmaq, işəgötürənlərlə sıx əməkdaşlıq qurmaq və məzunlarla əlaqələri daim qorumaqdır. Mərkəz öz fəaliyyətini dövlət, özəl və xarici müəssisələrlə bağlanmış memorandum əsasında həyata keçirir, təhsilalanlar və məzunlar üçün UNEC-in struktur bölmələri, universitet adından dövlət orqanları, elm və təhsil qurumları, korporativ sektor və digər təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

UNEC Məzun Assosiasiyası 18 noyabr 2022-ci il tarixində fəaliyyətə başlayıb. Assosiasiyanın UNEC üzrə İşçi Qrupu məzunlarla əlaqələrin genişləndirilməsi, Fəxri məzunların karyera məsləhəti saatlarının təşkili, Məzun Forumu, Həmrəylik Günü, Fəxri məzunlara Məzun Kartlarının təqdim olunması və gələcəkdə Endowment Fund yaradılması ilə bağlı işlərin icrasını davam etdirir.

UNEC Məzun Assosiasiyasına üzv olun!

Əməkdaşlar

Məqsəd və vəzifələrimiz

Mərkəzin hüquq və vəzifələri

Sıkça Sorulan Sorular

Keçiriləcək tədbirlər barədə əvvəldən elan verilir, müraciət etmək üçün qeydiyyat linki paylaşılır

Karyera Yarmarkası ildə 2 dəfə təşkil olunur

UNEC-də təşkil edilən Karyera Yarmarkasına UNEC tələbələri, magistrləri, məzunları müraciət edə bilərlər

Bize ulaşın

Bakı, İstiqlaliyyət 6, (I Tədris binası) II mərtəbə, otaq 202

Telefon

+(994) 12 497-59-03 (1132, 1174 )

E-posta

karyera@unec.edu.az