
Cahan Məmmədova Məmməd qızı
Türk dünyası iqtisad fakültəsi katibliyinin böyük mütəxəssisi
1973-cü ildə Zəngilan rayonunda anadan olub.
1980-ci ildə Zəngilan rayonu 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olub və 1990-cı ildə Zəngilan rayonu 3 saylı orta məktəbi bitirmişdir.
1994-1998-ci illərdə Azərbaycan Dillər Universitetinin “İngilis dili və ədəbiyyatı” fakültəsində Bakalavr təhsili almışdır.
1990-cı ildə Zəngilan rayon Təhsil şöbəsi nəzdində dərnək rəhbəri olaraq əmək fəaliyyətinə başlamışdır.
1994-cü il mart ayından Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutu, Maliyə şöbəsində mühasib vəzifəsində çalışmışdır.
Universiteti bitirdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutu, Tədris şöbəsidə metodist vəzifəsində çalışmış, 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universiteti, Tədris metodik mərkəzində Türk dünyası iqtisad fakültəsi üzrə inspektor, 2016-cı ildən isə böyük mütəxəssis vəzifəsində çalışmışdır.
Müxtəlif mövzulu təlim proqramlarında iştirak etmiş və 2021-ci ildən Türk dünyası iqtisad fakültəsi katibliyinin böyük mütəxəssisi vəzifəsində çalışır.