Gülşən  Fərhadova Mövsüm

Gülşən Fərhadova Mövsüm

“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti

Avesis linki
Bakı, M.Muxtarov, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (daxili: 13-25)
20 avqust 1958-ci ildə Ağsu rayonunun Kalva kəndində anadan olmuşdur.
1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) Riyaziyyat fakultəsinə daxil olmuş, 1981-ci ildə bitirmişdir.
1981-2001-ci illərdə Ağsu rayon Kalva kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir.
2001-2002-ci ildə Azərbaycan Dövlət  İqtisad Universitetinin “İnformatika” kafedrasında baş laborant, 2002-ci ildən asissent işləmişdir. 
2005-ci ildən “Bir sinif dördüncü tərtib yarım-xətti psevdoparabolik tənliklər üçün bir öz-özünə qoşma olmayan bir ölçülü qarışıq məsələnin tədqiqi” mövzusunda elmi iş üzərində işləmişdir.
2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Hazırda İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosentidir.

Ailəlidir, iki övladı və nəvələri var.