Zakir Mirzəyev İlyas

Zakir Mirzəyev İlyas

"Biznes və logistika" kafedrasının dosenti

Avesis linki
Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 440-33-67, 441-65-21
1970-1973-ci illərdə Bakı süd kombinatının təmir-inşaat sexində fəhlə işləmişdir.
1973-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil almışdır.
1982-1986-ci illərdə   Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda qiyabi aspiranturada təhsil almışdır.
1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1978-1998-ci illərdə S. Ağamalıoğlu adına Gəncə Kənd Təsərrüfatı İnstitutunun “Siyasi iqtisad” kafedrsanın müəllimi vəzifəsində işləmişdir.
1992-1998-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “İqtisadi nəzəriyyə” kafedrasının müdiri olmuşdur.
1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasının dosenti olub.
1998-2005-ci illərdə  Məişət Sənaye Qaz Səhmdar Cəmiyyətinin sədri olmuşdur.
2016-cı ilə kimi Biznes və menecment fakültəsinin dekan müavini vəzifəsində işləyib.
Hazırda "Biznes və logistika" kafedrasının dosentidir.

33 elmi, elmi-metodiki və dərsliyin hazırlanmasında iştirak etmişdir.