Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti

Departament qeyri-ixtisas fənlərinin tədrisini vahid, optimallaşdırılmış və innovativ sistemlə idarə etməklə, universitetdə akademik keyfiyyət və vahid standartların təminatçısı rolunu oynayır.

UNEC-in tədris prosesində idarəetmənin təkmilləşdirilməsinin zəruriliyini nəzərə alaraq, 03.02.2020-ci il tarixində Ümumi fənlərin tədrisinin təşkili departamenti yaradılıb. Departamentin əsas öhdəlikləri və strateji hədəflərinə aiddir: Universitetdə ümumi fənlərin tədrisini vahid sistem üzrə təşkil və idarə etmək, tədris prosesinin bütün mərhələlərində əlaqələndirməni təmin etmək; Tərkibində olan kafedraların fəaliyyətini strateji istiqamətlər üzrə planlaşdırmaq, onların tədris və metodiki işini əlaqələndirmək; Tədris prosesinin keyfiyyət göstəricilərini təhlil etmək, monitorinqlər aparmaq və nəticələr əsasında inkişaf təklifləri hazırlamaq; Müasir tədris metodlarının və innovativ yanaşmaların tətbiqini təşviq etmək,
dərs prosesində rəqəmsallaşmanı və interaktivliyi artırmaq və s.

*
Departament nəzdində olan kafedralar:

Departamentin əsas məqsədi universitetdə ixtisas fənlərinin hər bir fakültə üzrə müstəqil kafedralar tərəfindən tədris olunması fonunda qeyri-ixtisas fənlərinin tədrisinin vahid, keyfiyyətli və optimallaşdırılmış sistem üzrə aparılmasını təmin etmək,  tərkibindəki kafedraların fəaliyyətini inteqrasiya etmək, həmçinin, qeyri-ixtisas fənlərinin tədrisinin effektivliyini, keyfiyyətini və innovativliyini artırmaq, eləcə də bütün tədris resurslarını optimal şəkildə idarə etməkdir. Departamentin əsas vəzifəsi qeyri-ixtisas fənlərinin tədrisini vahid mərkəzləşmiş sistem çərçivəsində idarə etməklə universitetin tədris keyfiyyətinə strateji töhfə verməkdir. 
*
ƏTRAFLI

系部开设的课程

Departamentin vəzifələri - departamentin əsas öhdəlikləri və strateji hədəfləri:
1.   Universitetdə ümumi fənlərin tədrisini vahid sistem üzrə təşkil və idarə etmək, tədris prosesinin bütün mərhələlərində əlaqələndirməni təmin etmək;
2.   Tərkibində olan kafedraların fəaliyyətini strateji istiqamətlər üzrə planlaşdırmaq, onların tədris və metodiki işini əlaqələndirmək;
3.   Tədris prosesinin keyfiyyət göstəricilərini təhlil etmək, monitorinqlər aparmaq və nəticələr əsasında inkişaf təklifləri hazırlamaq;
4.   Müasir tədris metodlarının və innovativ yanaşmaların tətbiqini təşviq etmək, dərs prosesində rəqəmsallaşmanı və interaktivliyi artırmaq;
5.   Açıq dərslərin, seminarların, elmi-metodiki tədbirlərin və elmi şura iclaslarının keçirilməsini təmin etmək;

6.   Fənlər üzrə dərs yükükün düzgün bölgüsü, tədris resurslari və fənn proqramların hazırlanması, razılaşdırılması və icrasına nəzarəti həyata keçirmək;
7.   Kafedralar arasında elmi və metodik əməkdaşlığın gücləndirilməsi üçün vahid platforma formalaşdırmaq;
8.   Tədris materiallarının yenilənməsi, metodik vəsaitlərin hazırlanması və nəşr planlarının icrasına nəzarət etmək;
9.   Tədris prosesində yaranan təşkilati və metodiki problemlərin aradan qaldırılması üçün operativ qərarların qəbuluna şərait yaratmaq;
10. Universitet rəhbərliyinə tədris və metodiki fəaliyyətlə bağlı illik hesabatlar və təkliflər təqdim etmək.

联系方式

Ünvan: A.Səhhət küç. 45 (UNEC-in IV tədris binası)

其他系部