Gəray   Mirzəyev  Surxay

Gəray Mirzəyev Surxay

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti

Avesis链接
Murtuza Muxtarov 194 (III Tədris binası)
+(99412) 492 59 03 (13-20)
Garay_Mirzayev@unec.edu.az
11.01.1958-ci ildə Beyləqan rayonunun Yuxarı Aran kəndində anadan olub.
1975-ci ildə Yuxarı Aran kənd orta məktəbini bitirib.
1980-1985-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsini bitirib.
1986-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda qiyabi aspirant olub.
1985-ci ildə təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna işə qəbul olunmuşdur.
1985-1998-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır.

1993-cü ildə «Xəzər dənizi Böyük Qızılağac körfəzinin bentik faunasının  növ tərkibi və miqdarca yayılması» mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1999-cu ildən BDƏKİ-də, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Ərzaq malları əmtəəşünaslığı» kafedrasında baş müəllim vəzifəsində çalışıb.
2001-2008-ci illərdə «İstehlak mallarının keyfiyyət ekspertizası» kafedrasında, 2009-2014-cü ilədək «Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası» kafedrasında, 2015-2020-ci ilədək “İstehlak mallarının ekspertizası” kafedrasında dosent vəzifəsində çalışıb.
2020-ci ildən isə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik” fakultəsinin Həmkarlar bürosunun sədri vəzifəsində çalışır.
100-dən çox elmi əsər, o cümlədən  24 fənn proqramı, 3 metodik göstəriş,  4 dərs vəsaiti və 2 dərslik  yazmışdır.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

2017-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən, 2020-ci ildə isə  Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə universitet tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.

 Ekologiya mühəndisliyi ixtisası üzrə aşağıdakı fənlərin təlim proqramlarını uğurla başa vurmuş və sertifikatlara layiq görülmüşdür:
1. Ümumi ekologiya (təlimçi: Türkiyənin Qazi Universitetinin prof.dr. Ali Gül);
2. İqlim dəyişmələri və qlobal istiləşmə (təlimçi: Türkiyənin Hacettepe Universitetinin, dr. (PhD) Aytac Perihan Akan);
3. Ekologiya mühəndisliyində bioloji proseslər (təlimçi: Türkiyənin İstanbul Universitetinin prof.dr. Serdar Aydın);
4. Ətraf mühitə təsirin qiymətləndirilməsi (təlimçi: Türkiyənin Qazi Universitetinin prof.dr. Beril Salman Akın);
5. Məsafədən zondlamanın fiziki əsasları (təlimçi: Türkiyənin Karabük Universitetinin prof.dr. Fatih Aydın);
6. Hidrologiya (təlimçi: Artvin Çoruh Universitetinin dos.dr. Ayla Bilgin);
7. Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi (təlimçi: Artvin Çoruh Universitetinin dos.dr. Ayla Bilgin).