Leyla  Şahməliyeva Əliağa qızı

Leyla Şahməliyeva Əliağa qızı

Avesis链接

29 aprel 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə 31saylı məktəbin 1ci sinfinə daxil olub 2003-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin İnformasiya işlənməsi və idarəetmənin avtomatlaşdırılmış sistemləri ixtisasının bakalavr pilləsinə daxil olub 2007-ci ildə bitirmişdir.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi kibernetika ixtisasının magistr pilləsinə daxil olub 2009-cu ildə fərqlənmə ilə bitirmişdir.

2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantura pilləsinə daxil olmuşdur. Mövzu: «Büdcənin gəlirləri və xərclərinin balanslaşdırılması modeli».

2012-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” fakültəsində, 2015-ci ildən “Türk dünyası iqtisad” fakültəsində akademik məsləhətçi (tyutor) vəzifəsində çalışır.

Ailəlidir, 4 övladı var.