Validə   Kətanova İsa

Validə Kətanova İsa

"Riyaziyyat və statistika" kafedrasının baş müəllimi

Avesis链接
Bakı, Abbas Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
03 fevral 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1974-cü ildə 189 saylı orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olaraq 1979-cu ildə oranı bitirmişdir.
Universiteti bitirdikdən sonra təyinatla Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir.
1983-cü ildən D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Riyaziyyat” kafedrasında işləməyə başlamışdır.
Hazırda “Riyaziyyat və statistika” kafedrasının baş müəllimidir.
Ailəlidir, iki övladı var.