Fizika laboratoriyası

Fizika laboratoriyası UNEC-də tələbələrin fundamental elmi biliklərini praktik təcrübə ilə möhkəmləndirmək məqsədilə yaradılmış müasir tədris məkanlarından biridir. Laboratoriya 21 may 2018-ci il tarixdə yaradılıb. Laboratoriya müxtəlif ölçmə cihazları, eksperimental qurğular və texniki avadanlıqlarla təchiz olunaraq fiziki qanun və proseslərin tətbiqi şəkildə öyrənilməsinə imkan yaradır. Burada tələbələr mexanika, elektrik, optika və digər bölmələr üzrə laboratoriya işləri apararaq analitik düşüncə və tədqiqat bacarıqlarını inkişaf etdirirlər. Fizika laboratoriyası nəzəri biliklərin real təcrübə ilə inteqrasiyasını təmin edərək keyfiyyətli və praktik yönümlü təhsilə xidmət edir.

Əlaqə

E-mail

azizsanjarlab@unec.edu.az