İnnovativ bankçılıq laboratoriyası UNEC-də maliyyə və bankçılıq sahəsində tədrisin praktik yönümünü gücləndirmək, tələbələrin real iş mühitinə uyğun peşəkar bacarıqlarını formalaşdırmaq məqsədilə “Kapital Bank”ın dəstəyi ilə 21 may 2018-ci il tarixində yaradılmış ixtisaslaşmış tədris məkanıdır.
Laboratoriya müasir bank proqram təminatları, elektron resurslar və texnoloji avadanlıqlarla təchiz olunaraq tələbələrə bank əməliyyatlarını simulyasiya mühitində icra etmək imkanı yaradır. Burada tələbələr nəzəri biliklərini real bank prosesləri ilə birləşdirərək praktiki təcrübə qazanırlar.
Laboratoriyanın əsas məqsədi:
bank sektorunun tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlamaq,
tələbələrə real iş mühitinə yaxın praktiki tədris imkanları təqdim etmək,
universitet–sənaye əməkdaşlığını gücləndirmək,
maliyyə texnologiyaları və innovativ bankçılıq sahəsində bilik və bacarıqları inkişaf etdirməkdir.