Anar   Vəliyev  Cümşüd

Anar Vəliyev Cümşüd

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti

Ссылка Avesis
Bakı, Həsən Əliyev, 135 (II Tədris binası)
492-59-03 (12 18)

04 may 1978-ci ildə Tərtər rayonunun Qarağacı kəndində anadan olmuşdur.
1995- ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş,1999-cu ildə “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2003- cü ildə isə “İstehsal sistemlərinin idaəedilməsi” ixtisası üzrə magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2001-2008-ci illərdə Business İnsight İnternational Research group şirkətində menecer vəzifəsində calışıb.
2007-2015-ci illərdə Bakı Busines Universietinin “Menecment və marketinq” kafedrasında müəllim, baş müəllim vəzifələrində tam ştat və həmin kafedrada 2015-2019-cu illərdə 0,5 ştat  dosent vəzifəsində işləmişdir.
2011-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin  “Menecment” kafedrasında 0,5 ştat müəllim, 2015-2017-ci  illərdə tam ştat olaraq , 2017-2024-cü illərdə 0,5 ştat dosent vəzifəzində calışmışdır.
2017-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Sosial-iqtisadi və texnika elmləri şöbəsinə baş mütəxəssis vəzifəsində calışmışdır.
2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Özünüməşğulluğun və işədüzəltmə tədbirlərinin təşkilinə kömək şöbəsində sektor müdiri və Beynləxalq əlaqələr və layihlərlə iş departamentində Layihlələrlə iş şöbəsində calışmışdır.
2021-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Naizirliyinin Dövlət Radiotezliklərlər İdarəsinin, Daxili nəzarət və audit şöbəsinin, Keyfiyyətə nəzarət üzrə mütəxəssisi vəzifəsində calışmış.
2023-2025-ci illərdə həmin qurumun “Sənədlər və müraciətlər iş şöbəsinin müdiri vəzifəsində calışmışdır.
2024/2025 tədris ilindən UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti vəzifəsində calışır.
2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Menecment kafedrasının elmlər doktoru proqramı üzrə qiyabi doktorantı olaraq “Qloballaşma şəraitində korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi problemləri” mövzusu üzərində araşdırmalarını davam etdirir.
Evlidir, iki övladı var.