Elmi nəşrlər

Page Image

UNEC elmi-tədqiqat fəaliyyətinə böyük önəm verir və bu çərçivədə bir neçə elmi jurnal nəşr edir. Bu jurnalların məqsədi iqtisadiyyat, idarəetmə, maliyyə, sosial elmlər və digər əlaqəli sahələrdə aparılan elmi tədqiqatların yayılması və elmi müzakirələrin təşviq olunmasıdır.

“Azərbaycan Dövlət İqti­sad Universitetinin Elmi Xəbərləri” jurnalı  Azərbaycan Dövlət İqtisad Universitetinin AR Ədliyyə Nazirliyinə 12 oktyabr 2012-ci ildə müraciəti əsasında 16 noyabr 2012-ci ildə 

Mətbu nəşr­lə­rin reyestrinə daxil edilmişdir.

“İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı UNEC-in təsisçiliyi ilə 1994-cü ildən nəşr olunur. Jurnalın ilk redaktoru Azərbaycan EA-nın müxbir üzvü, i.e.d., prof. T.C.Vəliyev olub. Hazırda jurnala universitetin rektoru prof. Ə.Muradov rəhbərlik edir.

“UNEC Journal of Engineering and Applied Sciences” jurnalının ilk nömrəsi 2022-ci ilin yanvarında çapdan çıxıb. Jurnalda dərc edilmiş məqalələrlə rəsmi web səhifəsindən (www.unec-jeas.com) tanış ola bilərlər. 

“UNEC Expert” jurnalı UNEC-in yeni nəsil elmi-analitik jurnallarından biridir. Bu jurnal ənənəvi akademik yanaşmalardan fərqli olaraq, daha çox analitik təhlillərə, praktik iqtisadi nəticələrə və aktual iqtisadi məsələlərin ekspert dəyərləndirməsinə əsaslanır.