Afaq  Məmmədova  Faiq

Afaq Məmmədova Faiq

«Riyaziyyat və statistika» kafedrasının dosenti

Avesis link
Bakı, Abbas Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
afaq.mamedovaa@mail.ru
1979-cu ildə Gəncə şəhərində anadan olmuşdur.
1996-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 2000-ci ildə oranı bitirərək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) işə başlamışdır.
2008-2010-cu illərdə Gəncə Dövlət Universitetinin “Riyaziyyat İnformatika” fakültəsinin Riyazi analiz ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2010-2018-ci illərdə Gəncə Dövlət Universitetinin “Riyazi analiz” kafedrasının müəllimi və baş müəllimi vəzifəsində çalışıb.
2017-ci ildə Diferensial tənliklər ixtisası üzrə «Обратная задача теории рассеяния для растущего потенциала оператора Штурма – Лиувилля» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2018-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat» kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır.
2020-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat və statistika» kafedrasının baş müəllimi vəzifəsində çalışıb.
2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat və statistika» kafedrasının dosentidir.