Səma  Əliyeva

Səma Əliyeva

Tələbə Elmi Cəmiyyətinin sədri

Avesis link
aliyevasama21@gmail.com
+(994)050-827-02-38
Bakı, İstiqlaliyyət 6, (I Tədris binası)

21 sentyabr 2006-cı ildə Ağdam rayonunda anadan olub.
2012-2023-cü illərdə Ağdam rayon Rahib Məmmədov adına tam orta məktəbdə təhsil alıb. Məktəb dövründə RFO-da iştirak etmiş,müxtəlif məqalə müsabiqələrində qalib gəlib.
2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisasına qəbul olub.

Universitetə daxil olduğu ilk gündən etibarən UNEC Tələbə Elmi Cəmiyyətində (TEC) aktiv şəkildə fəaliyyət göstərib.
Birinci kursda TEC Mühəndislik fakültəsində keçirilən dəyirmi masalarda iştirak etmiş,laboratoriyada araşdırma işləri aparıb,müxtəlif layihələrlə konfranslarda çıxış edib.
İkinci kursda aktiv fəaliyyətinə görə Mühəndislik fakültəsinin TEC sədr müavini vəzifəsinə təyin olunub.
"3D Dizayner kimdir? Karyera imkanları" təlimində iştirak etdiyinə görə sertifikatla təltif olunub.
Azərbaycan Mühəndislər Birliyi tərəfindən keçirilən "Gələcəyin mühəndisləri" təqaüd proqramının "Ekologiya Mühəndisliyi" kursunu yüksək nəticə ilə tamamladığına görə sertifikatla təltif olunub.

"Turn on Artificial Intelligence" layihəsinə görə "European Quality Label" ilə mükafatlandırılıb.
UNEC Mühəndislik fakültəsinin TEC təşkilatçılığı ilə keçirilmiş Ümumilli Lider Heydər Əliyevin 101 illiyinə və "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Sənaye və yaşıl transformasiya:reallıqlar və perspektivlər" mövzusunda tələbə elmi konfransında ikinci yer tutduğuna görə diplomla təltif olunub.
AFE King Group MMC təşkilatçılığı və UNEC TEC dəstəyi ilə keçirilən XIII Elmi Araşdır layihəsində "Ekologiya mühəndislərinin gözündən Qarabağda inkişaf İnfrastrukturu" araşdırmasına görə "Gənc Araşdırmaçı" adı ilə təltif olunub.
UNEC Mühəndislik fakültəsinin TEC təşkilatçılığı ilə UNEC-in 95 illik yubileyinə həsr olunmuş "21-ci əsr mühəndisliyi:texnoloji yeniliklər və ağıllı həllər" mövzusunda tələbə elmi konfransında araşdırmasına görə sertifikat və aktiv fəaliyyətinə görə "Təşəkkürnamə" ilə təltif olunub.