Günay  Piriyeva Rza

Günay Piriyeva Rza

“Humanitar fənlər” kafedrasının dosenti

Avesis link
 Bakı, H.Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
Piriyeva Günay Rza qızı 06.10.1975-ci ildə Bakı şəhərində anadan olub.
1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası) “Sosiologiya və Sosial İdarəetmə fakültəsini “Sosiologiya” ixtisası üzrə bitirib.
1996-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Politologiya və Sosiologiya” kafedrasında baş laborant, 2006-cı ildən müəllim, baş müəllim, dosent, 2016-ci ildən isə “Humanitar fənlər” kafedrasında dosent  vəzifəsini tutur.
2011-ci ildə “Qloballaşma prosesinin qadının sosio-mədəni rollarının dinamikasına təsiri” mövzusunda dissertasiya işini müdafiə edərək, 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 09.00.11- “Sosial fələsəfə”  ixtisası üzrə Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 15 noyabr 2022-ci il tarixli qərarı ilə elmi-pedaqoji fəaliyyətə görə “Sosial-fəlsəfə”(7207.01) ixtisası üzrə  dosent  elmi adına layiq görülüb.
 30 elmi-metodiki əsərin müəllifidir.

2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil Nazirinin əmrilə G.R.Piriyeva “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

2025-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə Elm və Təhsil Nazirinin əmrilə G.R.Piriyeva “Fəxri fərman” ilə təltif olunub.
Ailəlidir, iki övladı var.