İradə Qəniyeva Yasin

İradə Qəniyeva Yasin

“Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimi

Avesis link
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris korpusu)
+(994) 12 564 26 74

1977-ci ildə anadan olmuşdur.
1994-cü ildə Bakı şəhərindəki 171 N-li orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dillər Universitetinin “İngilis filologiyası” fakültəsinə daxil olmuşdur.
1998-ci ildə Azərbaycan Dillər Universitetini ingilis dili ixtisası üzrə bakalavr, 2000-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.
AMEA, Dilçilik İnstitutu, filologiya elmləri üzrə fəlsəfə doktoru (2023).

2001- 2002-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis dili müəllimi kimi çalışmışdır.
2003-cü ildən Azərbaycan  Dövlət İqtisad Universitetinin “Xarici dillər” kafedrasında ingilis dili müəllimi işləmişdir.
2014-cü ildə UNEC-in “Xarici dillər” kafedrasının baş müəllimi vəzifəsinə təyin olunmuşdur.
2014-cü ildə AMEA-nın Dilçilik İnstitutunun dil nəzəriyyəsi ixtisası üzrə qiyabi doktorantı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 04.10.23-cü il tarixli qərarı ilə İradə Yasin qızı Qəniyevaya filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Hazırda "Xarici dillərin tədrisi mərkəzi"nin baş müəllimi. 

“Digital skills” və s. sahələr üzrə kurslarda, həmçinin, beynəlxalq konfranslarda verilmiş sertifikatlar, yerli və xarici jurnallarda nəşr olunmuş bir çox elmi məqalələr.
Dissertasiya mövzusu ilə bağlı yerli və xarici jurnallarda bir çox elmi məqalələr nəşr etdirmişdir. 

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI (hiperlinkli)
İngilis və amerikalı təlimçilərin universitet müəllimləri üçün təşkil etdiyi ixtisasartırma və təkmilləşdirmə kurslarında aktiv iştirak edərək sertifikatlar almışdır.
İngilis və amerikalı təlimçilərin universitet müəllimləri üçün təşkil etdiyi “Language development”, “Teacher training”, “Modern methodology”, “Academic wrting”, “Advanced methodology”, “Interactive education”.