startap@unec.edu.az
+994 (012) 492-59-03 (1180)
Ünvan: Bakı, İstiqlaliyyət, 6
2011-ci ildə Bakı Dövlət Universitetinin (BDU) ekoloji kimya mühəndisi ixtisası üzrə bakalavr, 2014-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) magistr məzunu olub.Türkiyə Sakarya Universitetində üzvi kimya ixtisasında doktorantura təhsili alır.
Müxtəlif illərdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində böyük məsləhətçi, təsisçisi olduğu süni intellekt sahəsi üzrə ixtisaslaşan “E-box” MMC-də baş direktor, “Gənclərin Tərəqqisinə Dəstək” və “Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnkişafı Mərkəzi” İctimai Birliklərində sədr vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin media reyestrindən qeydiyyatdan keçmiş etv.az (elm və ixtira fəaliyyət istiqamətli) media subyektinin təsisçisidir. Azərbaycan Texnologiya Universitetinin İnnovasiya mərkəzinin direktor vəzifəsində çalışıb.
2026-cı ilin yanvarında UNEC Biznes Məktəbinin baş mütəxəssisi təyin edilib.
2026-cı ilin yanvarında UNEC Biznes Məktəbinin baş mütəxəssisi təyin edilib.
BDU-nun Nanoaraşdırmalar Mərkəzində nanotexnalogiya sahəsi üzrə 4 il elmi tədqiqatla məşğul olub. Hazırda Sakarya Dövlət Universitetində “Nanotexnologiyanın tibb və sənaye sahəsinə tədbiqi” üzrə elmi tədqiqat işi aparır.
2023-cü ildə KOBİA-nın yüksək qrantın qalibi olmuşdur.
1989-cu ildə aprel ayının 16-da Rusiya Federasiyasının Krasnodar vilayətində doğulub.
Yerli və beynəlxalq layihələrin (UNDP) müəəlifi və kordinatoru olaraq fəaliyyə göstərmişdir. UNICEF, GIZ, UNDP, UNFPA kimi nüfuzlu beynəlxalq qurumlarla, eləcə də Azərbaycan Respublikasının aidiyyəti dövlət strukturları ilə birgə elektron məlumat banklarının yaradılması, sosial və təhlükəsizlik yönümlü rəqəmsal platformaların qurulması, innovativ İT həllərin tətbiqi üzrə layihələrə rəhbərlik etmişdir. Eyni zamanda, gənclər və startap mühiti üzrə müxtəlif dövlət qrant proqramları çərçivəsində təhsil, innovasiya, crowd-funding, regional inkişaf və milli dəyərlərin təşviqi mövzularında layihələrin rəhbəri olmuşdur. Qeyri-hökumət sektoru və KOB mühitində süni intellekt əsaslı sistemlər, rəqəmsal biznes modelləri və təchizat zənciri həlləri üzrə praktiki fəaliyyət göstərmişdir.