Səbuhi  Tanrıverdiyev  Miləddin

Səbuhi Tanrıverdiyev Miləddin

Qiyabi və əlavə təhsil mərkəzinin direktoru

Avesis link
Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+994 012-564-37-06
04 iyun 1979-cu ildə Ermənistan SSR-nın Masis rayonunda anadan olmuşdur.
2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasının əyani aspirantı olmuşdur.
2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasında müəllim işləmişdir.
2006-cı ildən “İqtisadi hüquq” kafedrasında baş müəllim vəzifəsində çalışır.
2010-2014-cü illərdə İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun  “Regionların sosial-iqtisadi inkişaf problemləri” şöbəsinin elmi işçisi olmuşdur. 2014-cü il oktyabr ayından 2016-cı ilin aprel ayına kimi İqtisadiyyat və Sənaye fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
2016-cı ilin aprelindən Distant, qiyabi və əlavə təhsil mərkəzinin (hazırda Qiyabi və əlavə təhsil mərkəzi adlanır) direktorudur.
2017-ci ildə yaradılan UNEC Gənc Müəllimlər Şurasının sədridir.
Hazırda "İqtisadiyyat" kafedrasının baş müəllimidir.