Tələbə Rektor

UNEC-in tələbə rektoru universitetin əyani təhsil alan tələbələrindən bir il müddətinə seçilir. 

Azərbaycanda ilk dəfə olaraq 2014-cü ildən UNEC-də tətbiq olunan Tələbə rektor institutunun məqsədi tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşməsidir.
Tələbə rektor UNEC-də təhsil alan tələbələrin maraqlarını təmsil etmək üçün seçilən nümayəndədir. 

Tələbə rektor universitetin bərabərhüquqlu idarəetmə orqanlarından biridir, Elmi Şuranın və digər struktur bölmələrinin fəaliy­yə­tində, eləcə də tələbələrin maraqlarını əhatə edən  məsələlərin müza­ki­rə­sinin və qərarların  qəbul edilməsi prosesində iştirak etmə hüququna malikdir.
Tələbə rektor gənclərlə iş üzrə müvafiq orqanlarla qarşılıqlı münasibətlərin qurulması məsələləri ilə əlaqədar təmsilçilik və ekspert funksiyalarını yerinə ye­ti­rir, ona verilən səlahiyyətlər daxilində universiteti və onun tələbələrinin maraq­la­rı­nı digər təhsil müəssisələri ilə münasibətlərdə təmsil edir. Tələbə rektor ictimai əsaslarla çalışır.
  Əsasnamə

اتصال

Ünvan: Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)

هاتف

(+994) 12 492-78-25

البريد الإلكتروني

teleberektor@unec.edu.az

Digər təşkilatlar