Tələbə Rektor

UNEC-in tələbə rektoru universitetin əyani təhsil alan tələbələrindən bir il müddətinə seçilir. 

Azərbaycanda ilk dəfə olaraq 2014-cü ildən UNEC-də tətbiq olunan Tələbə rektor institutunun məqsədi tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşməsidir.
Tələbə rektor UNEC-də təhsil alan tələbələrin maraqlarını təmsil etmək üçün seçilən nümayəndədir. 

Tələbə rektor universitetin bərabərhüquqlu idarəetmə orqanlarından biridir, Elmi Şuranın və digər struktur bölmələrinin fəaliy­yə­tində, eləcə də tələbələrin maraqlarını əhatə edən  məsələlərin müza­ki­rə­sinin və qərarların  qəbul edilməsi prosesində iştirak etmə hüququna malikdir.
Tələbə rektor gənclərlə iş üzrə müvafiq orqanlarla qarşılıqlı münasibətlərin qurulması məsələləri ilə əlaqədar təmsilçilik və ekspert funksiyalarını yerinə ye­ti­rir, ona verilən səlahiyyətlər daxilində universiteti və onun tələbələrinin maraq­la­rı­nı digər təhsil müəssisələri ilə münasibətlərdə təmsil edir. Tələbə rektor ictimai əsaslarla çalışır.
  Əsasnamə

Təşkilatın xəbərləri

11 mart 2026
UNEC tələbələri arasında məmnuniyyətin ölçülməsi məqsədilə keçirilən sorğunun nəticələri açıqlanıb
05 yanvar 2026
Ayan Cavadzadə UNEC-in Tələbə Rektoru seçilib
23 dekabr 2025
Radio UNEC-də “Tələbə Rektoru” verilişinin növbəti buraxılışı efirə gedib
27 may 2025
UNEC – Gənclərin gələcəyini formalaşdıran universitet
23 may 2025
UNEC-də Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib
16 aprel 2025
Tələbə rektor Radio UNEC-də hesabat verib

Əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)

Telefon

(+994) 12 492-78-25

E-mail

teleberektor@unec.edu.az

Digər təşkilatlar